Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elvira Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan obyektiv araşdırmadan razı qaldığını qeyd edərək operativliyə və obyektivliyə görə həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini  Azər Həsənov “Facebook” sosial şəbəkəsindəki hesabından Azərbaycan polisinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə əlaqədar polisə etdiyi müraciətinə Nərimanov Rayon Polis İdarəsində operativ baxıldığını, obyektiv araşdırıldığını və qısa müddətdə müsbət həllinin təmin olunduğunu bildirir. A.Həsənov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini, şəhid ailəsi olan Turanə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Maarif Kərimov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ceyhun Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan obyektiv araşdırmadan razı qaldığını qeyd edərək operativliyə və obyektivliyə görə həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Mükərrəm Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında avtomobili ilə hərəkətdə olarkən qəflətən nasazlıq yarandığını bildirir, polis əməkdaşlarının səlahiyyətlərinə aid olmasa belə, problemin aradan qaldırılmasında ona göstərdikləri köməkdən məmnunluğunu ifadə edir. O, göstərilən diqqət və köməyə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə, eləcə də Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Məhəmməd Usubalıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Elnarə Vəliyeva məktubunda Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həllinin təmin edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə, eləcə də Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Şərfinaz Məmmədova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə ona müvafiq izahlar verildiyini qeyd edir, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.