Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.08.2026 - Vətəndaş Şəkər Orucova
Vətəndaş Şəkər Orucova avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
14.08.2026 - Şahbuz rayon sakini Vasif Əliyev
Şahbuz rayon sakini Vasif Əliyev itirdiyi bank kartı ilə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14.08.2026 - Bakı şəhər sakini Ramil Ağayev
Bakı şəhər sakini Ramil Ağayev sosial məişət probleminin həllində ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.08.2026 - Vətəndaş Gülməmməd Məmmədov
Vətəndaş Gülməmməd Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “2026-cı ilin iyul ayının əvvəllərində tanışıma qarşı dələduzluq hadisəsi baş vermişdi. Hadisə ilə bağlı məndən məsləhət aldığı üçün ona ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinə müraciət etməsini tövsiyə etdim. Bundan sonra o, Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə ərizə ilə müraciət etdi. Aparılmış araşdırma zamanı ona dəymiş maddi ziyan tam şəkildə ödətdirildi. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm”.
14.08.2026 - Bir qrup Quba rayon sakini
Vətəndaşlar Bayandar Əliyev, Ruslan Manafov, Əli Şükürov, Sirac Hüseynov, Bəhruz Şirəliyev və Emil Nəsirov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
14.08.2026 - Vətəndaş İlqar İsayev
Vətəndaş İlqar İsayev dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2026 - Quba rayon sakini Sevil Orucəliyeva
Quba rayon sakini Sevil Orucəliyeva itirdiyi mobil telefonunun və pulunun qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2026 - Quba rayon sakini Saleh Fərəzəliyev
Quba rayon sakini Saleh Fərəzəliyev dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.08.2026 - Vətəndaş Sevinc Quliyeva
Vətəndaş Sevinc Quliyeva etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.