Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.09.2026 - Şamaxı rayon sakini Şamo Məmmədov
Şamaxı rayon sakini Şamo Məmmədov DİN-in Polis Akademiyasında təhsilə təşviqlə bağlı ümumtəhsil məktəblərində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərə, polis zabiti olmaq arzusunda olan gənclərə bu istiqamətdə göstərilən köməyə, akademiyada yaradılan şərait, qəbul qaydaları barədə lazımi məlumatların çatdırılmasına görə təşəkkürünü bildirir.
01.09.2026 - Mingəçevir şəhər sakini Müşviq Yusifov
Mingəçevir şəhər sakini Müşviq Yusifov DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və obyektiv araşdırma aparılmasına görə DİN-in və Mingəçevir şəhər Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.09.2026 - Mingəçevir şəhər sakini Lalə Babayeva
Mingəçevir şəhər sakini Lalə Babayeva DİN-ə təşəkkür məktub yazıb. O, müraciətinə Mingəçevir Şəhər Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsində operativ və obyektiv baxıldığını yazır. Vətəndaş məmnunluğunun təmin olunmasına görə DİN-in və Mingəçevir ŞPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
01.09.2026 - İmişli rayon sakinləri Kazım Cəfərov və Şövqiyyə Nərimanova
İmişli rayon sakinləri Kazım Cəfərov və Şövqiyyə Nərimanova üzləşdikləri problem ilə bağlı etdikləri müraciətlərinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Kamran Vəliyev
Sosial şəbəkə istifadəçisi Kamran Vəliyev ona məxsus olan avtomobilinin açarının oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq onun tez bir zamanda tapılıb təhvil verilməsinə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Elmin Mehtiyev
Sosial şəbəkə istifadəçisi Elmin Mehtiyev tanışına qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Həsən Rəsulov
Sosial şəbəkə istifadəçisi Həsən Rəsulov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Günay Həsənova
Sosial şəbəkə istifadəçisi Günay Həsənova sosial şəbəkədə işə düzəlmək məqsəsdilə pulunun ələ keçirilməsi ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Fərid Abbasov
Sosial şəbəkə istifadəçisi Fərid Abbasov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.