Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Vahid Zeynalov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi qanunsuzluqla bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini bildirir. Müraciətinin Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə, o cümlədən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ramiz Qəmbərov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciəti üzrə peşəkar, operativ və obyektiv araşdırma aparıldığını qeyd edərək məmnunluğun təmin edilməsinə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İnci Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi, mənə lazımi köməklik göstərildi. Buna görə də DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Vətəndaş Müjgan Bəşirova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi, mənə lazımi köməklik göstərildi. Buna görə də DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Vətəndaş Məhluqə Ağakişiyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbrəliyinə və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Xədicə Mehdiyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nəsimi rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Məhərrəm Məmmədov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbrəliyinə və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar Azad Daşdəmirov, Rauf Hüseynov, Kənan Hüseynov, Aytən Çobanova, Turan Mürşüdov, Samir Cəfərov və Ramil Xeyrullayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sumqayıt şəhər sakini Elnaz Məmmədova itirdiyi portmanatının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.