Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.09.2026 - Lənkəran şəhər sakini Röya Nuriyeva
Lənkəran şəhər sakini Röya Nuriyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsindən operativ reaksiya verildiyini, onu narahat edən problemin müsbət həllini tapdığını yazır. O, vətəndaş məmnunluğunun təmin olunmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
01.09.2026 - Gəncə şəhər sakini Əli Əmrahov
Gəncə şəhər sakini Əli Əmrahov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, yüksək peşəkarlığa və vətəndaşlarla nəzakətli davranışa görə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
01.09.2026 - Bərdə rayon sakini Əlzamin Mamedov
Bərdə rayon sakini Əlzamin Mamedov DİN-ə yazdığı təşəkkür məktubunda təsərrüfatından iribuynuzlu heyvanların oğurlanması ilə bağlı müraciətinə çevik və peşəkar reaksiya verilməsinə, əməli törədən şəxslərin müəyyən edilərək saxlanılmasına görə Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.09.2026 - Şamaxı rayon sakini Ədalət Hacıyev
Şamaxı rayon sakini Ədalət Hacıyev Daxili İşlər nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar Şamaxı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, onu narahat edən məsələnin qısa müddətdə müsbət həllini tapdığını yazır. Göstərilən diqqətə, operativliyə, vətəndaşlarla nəzakətli davranışa görə DİN-in və Şamaxı Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.09.2026 - Şəmkir rayon sakini Nəbi Məmmədov
Şəmkir rayon sakini Nəbi Məmmədov DİN-ə yazdığı məktubunda müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsində qəbul edilərək dinlənilməsinə, ona lazımi hüquqi izahın verilməsinə görə təşəkkürünü bildirir.
01.09.2026 - Cəlilabad rayon sakini Əliqismət Dövlətov
Cəlilabad rayon sakini Əliqismət Dövlətov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunmasına, operativliyə, yüksək peşəkarlığa və vətəndaşlarla nəzakətli davranışa görə Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2026 - Lənkəran rayon sakini Kəmalə Nağıyeva
Lənkəran rayon sakini Kəmalə Nağıyeva DİN-ə yazdığı məktubunda müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində operativ baxılmasına, ona lazımi köməyin göstərilməsinə görə təşəkkürünü bildirir.
01.09.2026 - Bərdə rayon sakini Əlzamin Mamedov
Bərdə rayon sakini Əlzamin Mamedov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirməsinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Naftalan Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
01.09.2026 - Ağsu rayon sakini Azər Ağayev
Ağsu rayon sakini Azər Ağayev DİN-ə yazdığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına, məsələnin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.