Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Kamil Xəlilov
Sosial şəbəkə istifadəçisi Kamil Xəlilov həyətlərində təhlükəsizlik kameralarının quraşdırılmasında göstərdikləri dəstəyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Cəlal Cavadov
Sosial şəbəkə istifadəçisi Cəlal Cavadov xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Mübariz Məmmədhüseynov
Sosial şəbəkə istifadəçisi Mübariz Məmmədhüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Azad Məmmədov
Sosial şəbəkə istifadəçisi Azad Məmmədov tanışına qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Elcan Məmmədov
Sosial şəbəkə istifadəçisi Elcan Məmmədov xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
31.08.2026 - Sosial şəbəkə istifadəçisi Nevai Süleyman
Sosial şəbəkə istifadəçisi Nevai Süleyman ona məxsus olan avtomobilinin açarının, xarici pasportunun və telefonunun oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
31.08.2026 - Vətəndaş Murad Xuduyev
Vətəndaş Murad Xuduyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməkliyin göstərildiyini qeyd edir. M.Xuduyev müraciəti ilə bağlı göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
31.08.2026 - Bakı şəhər sakini Fidan Xəlilova
Bakı şəhər sakini Fidan Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
31.08.2026 - Vətəndaş Məmmədli Məhəmməd
Vətəndaş Məmmədli Məhəmməd DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını, ona müvafiq izahat verildiyini və məsələyə aydınlıq gətirildiyini qeyd edib. M.Xuduyev müraciəti ilə bağlı göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.