Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.06.2024 - Vətəndaş Məhəmməd Farazi
Vətəndaş Məhəmməd Farazi Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.06.2024 - Vətəndaş Polad Hacılı
Vətəndaş Polad Hacılı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda üzləşdiyi oğurluqla bağlı polisə müraciət etdiyini yazır. Ona dəymiş ziyanın tam ödənilməsində göstərdikləri köməkliyə görə isə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2024 - Bakı şəhər sakini Elnur Məmmədli
Bakı şəhər sakini Elnur Məmmədli məktubunda müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
24.06.2024 - Bakı şəhər sakini Aytən Quliyeva
Bakı şəhər sakini Aytən Quliyeva məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına, aparılan obyektiv araşdırmalara və dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2024 - Bakı şəhər sakini Hüseyn Bayramov
Bakı şəhər sakini Hüseyn Bayramov məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və dəymiş ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2024 - Göygöl rayon sakini Şahin Namazov
Göygöl rayon sakini Şahin Namazov məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasında göstərilən köməkliyə görə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2024 - Salyan rayon sakini Vidadi Həsənov
Salyan rayon sakini Vidadi Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
24.06.2024 - Vətəndaş Mikayıl Şirinov
Vətəndaş Mikayıl Şirinov Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
24.06.2024 - Sabirabad rayon sakini Pərvin Cavadov
Sabirabad rayon sakini Pərvin Cavadov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.