Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ramiz Məmmədzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.

Vətəndaş Fizzə Zeynalova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Pirallahı Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Abşeron rayon sakini Namil Babayev ünvanlandığı məktubunda qarşılaşdığı problemlə bağlı polis əməkdaşları tərəfindən operativlik nümaiş etdirildiyinə həmçinin rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rza Rzazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə ... İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Pirallahı rayon sakini İlyas Rəfibəyli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.

Vətəndaş Fikrət Əzimov ünvanlandığı məktubunda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.   

Vətəndaş Elşən Yəhyayev pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, polis əməkdaşları tərəfindən obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Kəmalə Həsənova məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığına, araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Seymur Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunnmasını bildirir. 
S.Əliyev vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, obyektiv və ədalətli araşdırmalara görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir.