Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağdam rayon sakini Ariz Hacıyev də ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Şəki şəhər sakini Cəsarət Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə qısa müddətdə baxıldığına və obyektiv həll olunduğuna görə minnətdarlığını bildirir.

Masallı rayonunun Xıl kənd sakini Firudin Qafarov “Ford-Transit” markalı avtomobilinin qəsdən yandırılması faktı ilə bağlı müraciətinə Masallı Rayon Polis Şöbəsində obyektiv baxıldığına, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində ona qarşı bu cinayət əməlini törədən şəxsin qısa müddətdə ifşa edilməsinə və məsuliyyətə cəlb olunmasına görə DİN rəhbərliyinə və öz vəzifə borcunu layiqincə yerinə yetirən Masallı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ramin Ağadədəyev Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə qısa müddətdə baxıldığına və obyektiv həll olunduğuna görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bahar Liftiyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğurluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və qısa müddətdə müsbət həll olunduğuna, həmçinin ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə DİN və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə, eləcə də Bakı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şamaxı rayon sakini Ağaqədir Osmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində asayişin etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizəyə, polis əməkdaşlarının nəzakətli davranışlarına və humanist əməllərinə görə Şamaxı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Əbülfəz Həsənov məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Həmdulla İbrahimov DİN-ə ünvanladığı təşəkkür məktubunda koronavirus infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimində bağ evindən oğurluq edən şəxsin qısa müddət ərzində saxlanılmasına görə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Tərlan Səfərəliyev üzləşdiyi problemin həllində göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.