Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini İlkin Hüseynov mobil telefonunun itməsi ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşıldığına və tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Fərid Əbilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 pandemiyasına qarşı mübarizədə sərgilənən fədakar əməyə, cinayətkarlıqla mübarizədə əldə olunan müsbət nəticələrə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Kamran Bağırov öz təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Lənkəran şəhər sakini Nərmin Kazımova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Biləsuvar rayonunun Ağayrı kənd sakini Aynurə Mahmudova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluq yolu ilə qızıl-zinət əşyalarını mənimsəyən şəxslərin müəyyən edilərək saxlanılmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Masallı şəhər sakini Elmar Talıbov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Masallı RPŞ-nin təhqiqat bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayonunun Şilavar kənd sakini Bəxtiyar Vəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ölkə başçısının rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağın işğaldan azad edilməsi istiqamətində keçirdiyi uğurlu əməliyyatlara görə fəxr hissi keçirdiyini bildirir və dəstəyini ifadə edir.

Lənkəran rayonunun Boladi kənd sakini Zaur Mirizadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə verilən operativ reaksiyaya görə polis əməkdaşlarından razılığını ifadə edir.

Lənkəran rayonunun Səpnəkəran kənd sakini Zakir Caniyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.