Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göygöl rayon sakini Mehman Məmmədov öz təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə Daşkəsən RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bərdə rayon sakini Feyruz Hüseynov öz təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın və asayişin etibarlı şəkildə qorunmasına görə polis əməkdaşlarının fəaliyyətindən məmnunluğunu ifadə edir.

Sosial şəbəkə istifadəçisi Samirə İmamquliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rövşən Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətinə operativ baxıldığına və ona hüquq və vəzifələrinin izah edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ceyhun Dadaşzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin rəhbərliyinə və 12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sumqayıt şəhər sakini Məhəmmədəli Abdullayev müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zaur Əhmədov məktubunda üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sevda Əkbərova məktubunda pul vəsaitinin mənimsənilməsilə bağlı müraciətinə operativ baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Tural Mürsəlov ünvanladığı müraciətinə operativ baxıldığını və ona dəymiş maddi ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.