Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakini Nail Fərziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətini layiqincə yerinə yetirən Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Quba rayon sakini Fərid Əmiyev sosial və məişət problemlərinin həlli ilə bağlı ona maddi yardım göstərildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Quba rayon sakini Elvin Məmmədov etdiyi müraciətinə  həssaslıqla yanaşılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Vüqar Həbibov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və itmiş sənədlərinin  tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Rüstəm Rəhimov  rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Asiman Həbibova ailə-məişət problemləri ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ziya Mirzəbəyov özünə məxsus mağazadan oğurluq edən şəxsin qısa zaman kəsiyində yaxalanmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Emil Əmirmətov itmiş bank kartının tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Mətanət Abdullayeva  itmiş əşyalarının tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.