Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2023 - Sumqayıt şəhər sakini Sərvər Yarıyev
Sumqayıt şəhər sakini Sərvər Yarıyev avtomobilindən oğurluq olunması ilə bağlı etdiyi müraciətdə həmin şəxsin müəyyən olunaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2023 - Birinci Qarabağ müharibəsi qazisi, istedada olan polis polkovnik-leytenantı...
Birinci Qarabağ müharibəsi qazisi, istedada olan polis polkovnik-leytenantı Vidadi Həsənov müalicəsində ona göstərilən yüksək diqqət və qayğıya görə DİN-nin Tibb İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
12.12.2023 - İnstaqram izləyicisi Nuranə Bağırova
İnstaqram izləyicisi Nuranə Bağırova ona məxsus olan çantanın itirilməsi ilə bağlı etdiyi müraciətə operativ baxılaraq tez bir zamanda tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
12.12.2023 - Vətəndaş Hümbət Həsənov
Vətəndaş Hümbət Həsənov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına, yüksək diqqət və qayğıya görə başda DİN rəhbərliyi başda olmaqla Nərimanov RPİ TŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2023 - İnstaqram izləyicisi Turqut Sultan
İnstaqram izləyicisi Turqut Sultan əmlakının oğurlanması ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2023 - İnstaqram izləyicisi Şahin Yunisov
İnstaqram izləyicisi Şahin Yunisov ona qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2023 - Vətəndaş Qəni Məhərrəmov
Vətəndaş Qəni Məhərrəmov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına, hüquq və vəzifələrinin ona izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2023 - Vətəndaş Elmira Məmmədova
Vətəndaş Elmira Məmmədova itirdiyi mobil telefonunun tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıq bildirir.
12.12.2023 - Bakı şəhər sakini Hacıoğlan Qəniyev
Bakı şəhər sakini Hacıoğlan Qəniyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı müraciətinin obyektiv araşdırılmasına və dəyən maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.