Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.10.2023 - Vətəndaş Fazil İsmayılov
Vətəndaş Fazil İsmayılov etdiyi müraciətə operativ baxılaraq ona göstərilən diqqət və qayğıya görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.10.2023 - İnstaqram izləyicisi Zümrüd Hüseynova
İnstaqram izləyicisi Zümrüd Hüseynova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.10.2023 - Feysbuk izləyicisi Günay Nuriyeva
Feysbuk izləyicisi Günay Nuriyeva hədə-qorxuya məruz qalması ilə əlaqədar etdiyi müraciətə operativ baxılaraq probleminin həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.10.2023 - Vətəndaş Əli Sadıqov
Vətəndaş Əli Sadıqov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına, səmimi qəbula, ona göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.10.2023 - İnstaqram izləyicisi Kəmalə Seyfullayeva
İnstaqram izləyicisi Kəmalə Seyfullayeva etdiyi müraciətə operativ və obyektiv baxılaraq probleminin həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
02.10.2023 - Vətəndaş Eldar Həmidov
Vətəndaş Eldar Həmidov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına, səmimi qəbula, probleminin həllində ona göstərdikləri köməkliyə görə Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.10.2023 - İnstaqram izləyicisi Gövhər Piriyeva
İnstaqram izləyicisi Gövhər Piriyeva etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.10.2023 - Vətəndaş Fəridə Camaladdinova
Vətəndaş Fəridə Camaladdinova etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürünü bildirir.
02.10.2023 - İnstaqram izləyicisi Kamil Əliyev
İnstaqram izləyicisi Kamil Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda məktəbə gedən şagirdlərin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına görə Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlıq bildirir.