Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Orxan Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda baş vermiş oğurluq hadisəsi ilə bağlı Qaradağ RPİ 10-cu Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və cinayət əməlini törədən şəxslərin saxlanıldığını qeyd edir.
O.Quliyev müraciətinə diqqətlə yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Qaradağ RPİ 10-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Anar Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti ilə əlaqədar obyektiv araşdırma aparılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Mirelvin Sarıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, hadisəni araşdıran Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin əməkdaşlarının ona diqqət və qayğı ilə yanaşdıqlarını qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Anar Şəmilzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bank hesabından oğurluq faktı ilə bağlı müraciətinə operativ baxıldığını, müvafiq tədbirlər görülərək qısa müddətdə bu cinayətin üstünün açıldığını, bu əməli törədən şəxslərin saxlanıldığını qeyd edir.
A.Şəmilzadə müraciətinə diqqətlə yanaşıldığına, həyata keçirilən operativ tədbirlərə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Asiman Fərzəliyev DİN-in “İnstagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aygün Ələkbərova DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq Nərimanov RPİ 16-cı Polis Bölməsinə etdiyi müraciətindən sonra onu dəymiş maddi ziyanın ödənildiyini qeyd edərək Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Aydan Əliyeva DİN-in “İnstagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq qarşılaşdığı problemin həllində göstərilən köməyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Respublikanın əməkdar artisti Elza Qasımova (Seyidcahan) DİN rəhbərliyinə təşəkkür məktubu yazaraq müraciətinə operativ baxıldığına, ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Müğənni Niyam Salami DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq, müraciətinin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.