Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.06.2024 - Gəncə şəhər sakini Nüşabə Hacıyeva
Gəncə şəhər sakini Nüşabə Hacıyeva üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
24.06.2024 - Sosial şəbəkə istifadəçisi Əziz Qənbərli
Sosial şəbəkə istifadəçisi Əziz Qənbərli müraciəti ilə bağlı müvafiq polis şöbəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir.Və ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2024 - “Ali Meydan Genceli” adlı sosial şəbəkə istifadəçisi
“Ali Meydan Genceli” adlı sosial şəbəkə istifadəçisi müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Gəncə ŞBPİ-nin minnətdarlıq edir.
24.06.2024 - Göygöl rayon sakini Hüseyn Hüseynov
Göygöl rayon sakini Hüseyn Hüseynov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını yazır.
24.06.2024 - Goranboy rayon sakini Qafqaz Əliyev
Goranboy rayon sakini Qafqaz Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan polisinin fəaliyyətindən razılığını ifadə edir, həmkarlarımıza çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.
24.06.2024 - Göygöl rayon sakini İsrayıl Binnətli
Göygöl rayon sakini İsrayıl Binnətli ünvanladığı məktubda müraciətinə həssas yanaşılmasına, aparılan obyektiv araşdırmalarla qısa müddətdə müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
24.06.2024 - Vətəndaş Araz Tağıyev
Vətəndaş Araz Tağıyev müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Göygöl RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
24.06.2024 - Gəncə şəhər sakini Kamil Qasımov
Gəncə şəhər sakini Kamil Qasımov müraciətinin dərhal araşdırılaraq müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
24.06.2024 - Oğuz rayon sakini Səyaf Nağıyev
Oğuz rayon sakini Səyaf Nağıyev üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.