Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu rayon sakini İlqarfət Vəliyev rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirir. Vətəndaş öz təşəkkür məktubunda aprelin 2-də mağazasından oğurluq edən şəxsin qısa müddətdə saxlanıldığına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

İ.Vəliyev həm cinayətkarlığa, həm də koronavirusa qarşı mübarizə çərçivəsində xalqa göstərilən qayğıya və xidmətlərə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir.

Mingəçevir şəhər sakini Rövşən İsmayılov koronavirusa qarşı mübarizə çərçivəsində xalqa göstərilən qayğıya və xidmətlərə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir və hər kəsi evdəqal şuarına dəstək olmağa çağırır.

Bakı şəhər sakini Adilə Həsənova narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar müraciətinin müsbət yöndə həll olunması ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Hacıqabul rayon sakini Müşviq Nağıyev təşəkkür məktubunda həm koronavirusa qarşı mübarizə apardıqlarına, həm də aztəminatlı ailələrə yardım göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edir.

DİN-in İnstagram səhifəsinin izləyicisi Mingəçevir şəhər sakini Şahin Məmmədli səhifə üzərindən etdiyi müraciətə baxılaraq müsbət istiqamətdə həll edildiyinə görə təşəkkürünü bildirir.

Hüquq eksperti Elvar Xəlilov müraciətinin hərtərəfli, tam və obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlıq edir.

Xəzər rayon sakini İlham Novruzov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşdıqlarına görə Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.

Xaçmaz rayon sakini Elsevər Adgözəlov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Lamiyə Mehdiyeva telefonunun dələduzluq yoluyla ələ keçirilməsi ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq tez bir zamanda həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-in əməkdaşlarına minnətdarlığını bildirir.