Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bir qrup Ucar rayon sakini Daxili İşlər Nazirliyinə ünvanladıqları kollektiv təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Ucar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sabirabad rayon sakini Sədrəddin Məmmədov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırıldığına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına minnətdarlığını bildirir

İmişli rayon sakini Kəmalə Rüstəmli Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Məsudə Vəlizadə Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ruslan Əsədov üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Vasif Alməmmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Elvin Zamanov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar operativ araşdırılmanın aparılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını yazır.

Bakı şəhər sakini Məlahət Səmədova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar operativ araşdırılmanın aparılmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərilən köməkliyə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Elşən Orucov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.