Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ruslan Əsədov xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin  əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir.

Qarabağ qazisi Vidadi Həsənov səhhətində yaranan problemlə bağlı DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə aldığı zamanı ona göstərdikləri diqqət və qayğıya görə bütün tibbi personala minnətdarlığını bildirir.

Vətəndaş Nərgiz Mustafayeva və “Sky Clinic” klinikasının bir qrup həkimi dələduzluğa məruz qaldıqları zaman “102” Xidməti-zəng Mərkəzinin operativliyindən razılıqlarını və problemlərinin mübət həllini tapmasında onlara göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Vətəndaş Rauf Orucov müraciətinə tez bir zamanda baxılaraq hüquqlarının qorunmasında və probleminin həllini tapmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Ramilə Quliyeva xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı operativlik nümayiş etdirdiklərinə və ona dəyən ziyanın tam şəkildə ödətdiriləsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin  əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Günay Aslanova müraciətinə operativ baxılaraq ona dəyən ziyanın tam şəkildə ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Murad Abbasov Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətini təqdir edir, avtomobili dəniz kənarında quma batdığı zaman çıxılmaz vəziyyətdə qaldıqda ona göstərdikləri köməyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Elnur Yusifov müraciətinə operativ baxılaraq ona dəyən ziyanın tam şəkildə ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Zərdab rayon sakini Paşa Dadaşov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.