Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Elnur Poladov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, daxili işlər naziri tərəfindən Quba Rayon Polis İdarəsində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıq verildiyini qeyd edir.
E.Poladov vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Xəqani İmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Qəbələ RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Səmər Ziyadov müraciətinə həssaslıqla yanaşılmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə izləyicisi Şahin Ələkbərov etdiyi müraciətə operativ baxılaraq probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gültac Şirinova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına razılığını ifadə edir.

Sumqayıt şəhər sakini Arif Əliyev öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır. 

Tərtər şəhər sakini İlham Şirinov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Sabirabad rayon sakini Gülnarə Heydərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Xaçmaz rayon sakini Ayşa Nəsurova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.