Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.05.2022 - Bakı şəhəri Surxanı rayonunun bir qrup sakini
Bakı şəhəri Surxanı rayonunun bir qrup sakinləri ünvanladıqları məktubda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər, çətin və şərəfli işlərində uğurlar arzulayırlar.
10.05.2022 - Bakı şəhər sakini Samirə Əliyeva
Bakı şəhər sakini Samirə Əliyeva öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.
10.05.2022 - Bakı şəhər sakini Orxan Kazimov
Bakı şəhər sakini Orxan Kazimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.05.2022 - Bakı şəhər sakini Zülfüqar Zülfüqarov
Bakı şəhər sakini Zülfüqar Zülfüqarov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.05.2022 - Abşeron rayon sakini Gülali Ağarəhimov
Abşeron rayon sakini Gülali Ağarəhimov ünvanladığı məktubda 7 ay öncə naməlum şəraitdə itirdiyi cüzdanının tapılaraq özünə qaytarılmasında, eyni zamanda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
10.05.2022 - Abşeron rayon sakini Məhərrəm İbadov
Abşeron rayon sakini Məhərrəm İbadov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.05.2022 - Vətəndaş Əlisahib Abdullayev
Vətəndaş Əlisahib Abdullayev məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Baş Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və BDYP-nin əməkdaşlarına təşəkkürünü bildirir.
07.05.2022 - Vətəndaş Elməddin Muradlı
Vətəndaş Elməddin Muradlı məktubunda maarifləndirici tədbirlərin keçirilməsində etdiyi dəstəyə və yaratdığı şəraitə görə DİN rəhbərliyinə və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.05.2022 - Vətəndaş Ramil Vəliyev
Vətəndaş Ramil Vəliyev pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.