Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.05.2022 - Bakı şəhər sakini İman Xəlilov
Bakı şəhər sakini İman Xəlilov məktubunda torpaq sahəsinin ələ keçirilməsi ilə bağlı müraciətinə çevik reaksiya verildiyini, araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. O, müraciətinə operativ reaksiya verilməsinə, obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir.
11.05.2022 - Bakı şəhər sakini Höküməxanım İsrafilova
Bakı şəhər sakini Höküməxanım İsrafilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, oğurluq faktı ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətinə çevik reaksiya verildiyini, Suraxanı Rayon Polis İdarəsinə dəvət olunduğunu və müvafiq araşdırmalara başlanıldığını qeyd edir. H.İsrafilova müraciətinə operativ baxıldığına və göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.05.2022 - Astara rayon sakini Aslan Məmmədov
Astara rayon sakini Aslan Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yollarda hərəkətin təhlükəsizliyi və baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində görülən tədbirlərə, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.05.2022 - Astara rayon Ərçivan qəsəbəsinin bir qrup sakini
Astara rayon Ərçivan qəsəbəsinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizədə atılan qətiyyətli addımlara, ictimai qaydanın və asayişin etibarlı şəkildə qorunmasına görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını ifadə edir.
11.05.2022 - Lənkəran rayon sakini Asif Əskərov
Lənkəran rayon sakini Asif Əskərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, o cümlədən cinayətkarlığa qarşı mübarizədə göstərilən qətiyyətə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.
10.05.2022 - Sosial şəbəkə izləyicimiz Əkbər Sadiyev
Sosial şəbəkə izləyicimiz Əkbər Sadiyev polis əməkdaşları tərəfindən məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin təşkil olunmasında DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
10.05.2022 - Gəncə şəhər sakini Sənan Ərəbov
Gəncə şəhər sakini Sənan Ərəbov etdiyi müraciətə operativ şəkildə baxılmasına və adekvat reaksiya verilərək məsələnin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür bildirir.
10.05.2022 - Bakı şəhər sakini Orxan Eyyublu
Bakı şəhər sakini Orxan Eyyublu üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.05.2022 - Bakı şəhər sakini Elşad Məmmədov
Bakı şəhər sakini Elşad Məmmədov müraciətinə operativ şəkildə baxıldığına, eyni zamanda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir.