Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə izləyicisi Kamil Hüseynli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Pərvin Quliyev DİN rəhbərliyinə ünvanladığı məktubda ona qarşı edilən dələduzluqla əlaqədar etdiyi müraciətə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Sevda Paşayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Elçin Harunov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştiraklarına görə Azərbaycan Polisinin xidmətindən razılıq edir və təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Anjella Abdullayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda internatda böyüdüyünü və valideyn himayəsindən məhrum olduğunu yazan vətəndaş qeyd edir ki, qeydiyyata düşmək və şəxsiyyət vəsiqəsi almaq üçün Nizami Rayon Polis İdarəsinə müraciət edib.  Müraciətinə tez bir zamanda baxılıb və o, qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi ilə təmin edilib. A.Abdullayeva Azərbaycan Polisinin xidmətindən razılıq edir və təşəkkürünü bildirir.

Yevlax rayon sakini Məzahir Məmmədov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Hüseyn Həsənov DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında və ona dəymiş ziyanın ödətdirilməsində  göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Gülnar İsmayılova DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla, narkotik vasitələrin satışının və istifadəsinin qarşısının alınmasında aparılan qətiyyətli mübarizədə fəal iştiraklarına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələrinin əməkdaşlarının xidmətindən razılıq edir və təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Məhəmməd Səfərov DİN-ə ünvanladığı təşəkkür məktubunda DİN rəhbərliyi tərəfindən aparılan kadr islahatlarından razılıq edir və təşəkkürünü bildirir.