Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.10.2024 - Vətəndaş Elçin Çobanzadə
Vətəndaş Elçin Çobanzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
19.10.2024 - Vətəndaş Sənubər İmanova
Vətəndaş Sənubər İmanova avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
19.10.2024 - Vətəndaş Rəhim Nəsirli
Vətəndaş Rəhim Nəsirli şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının belə nümunəvi xidmətinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
19.10.2024 - Vətəndaş Nihad Musalı
Vətəndaş Nihad Musalı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı etdiyi müraciəti ilə əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinə dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini qeyd edir.
19.10.2024 - Bakı şəhər sakini Araz Səmədov
Bakı şəhər sakini Araz Səmədov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.10.2024 - Abşeron rayon sakini Rauf Mirzəyev
Abşeron rayon sakini Rauf Mirzəyev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.10.2024 - Abşeron rayon sakini Qüdrət Zeynallı
Abşeron rayon sakini Qüdrət Zeynallı müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.10.2024 - Vətəndaş Günay Hacıyeva
Vətəndaş Günay Hacıyeva Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə probleminin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
19.10.2024 - Bakı şəhər sakini Aişə Məmmədli
Bakı şəhər sakini Aişə Məmmədli vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.