Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.02.2022 - Bakı şəhər sakini İlahə Ağalarova
Bakı şəhər sakini İlahə Ağalarova Quba rayonu ərazisindən isirahətdən qayıdarkən güclü qar yağması səbəbindən üzləşdikləri həyatı təhlükə zamanı polis əməkdaşları tərəfindən onlara göstərilən xidmətə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
31.01.2022 - Bakı şəhər sakini Növrəstə Muqbilova
Bakı şəhər sakini Növrəstə Muqbilova bina tikintisi ilə məşğul olan şirkətlərdən biri tərəfindən pulunun ələ keçirilməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində problemin həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
31.01.2022 - Bakı şəhər sakini Şəfa İsgəndərova
Bakı şəhər sakini Şəfa İsgəndərova mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Qaradağ RPİ 10-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
31.01.2022 - Bakı şəhər sakini Ləman Xəlilova
Bakı şəhər sakini Ləman Xəlilova ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, konstitusion hüquqlarının qorunmasında, o cümlədən yollarda avtomobillərin və piyadaların təhlükəsiz hərəkət etməsində xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
31.01.2022 - Natiq Mehdiyev adlı sosial şəbəkə istifadəçisi
Natiq Mehdiyev adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
31.01.2022 - Bakı şəhər sakini Şamil Abdullayev
Bakı şəhər sakini Şamil Abdullayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə və əməkdaşlarına minnətdarlığını yazır.
31.01.2022 - Vətəndaş Zaur Hüseynov
Vətəndaş Zaur Hüseynov talassemiya xəstəliyindən əziyyət çəkən övladına göstərdikləri yardıma görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
31.01.2022 - Şəhid ailəsi Məryəm Dursunova
Şəhid ailəsi Məryəm Dursunova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Qax RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
31.01.2022 - İsmayıllı rayon sakini Elşən Əliyev
İsmayıllı rayon sakini Elşən Əliyev təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılması ilə bağlı İsmayıllı RPŞ əməkdaşlarına minnətdarlığını bildirir.