Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.06.2022 - Mingəçevir şəhər sakini, birinci Qarabağ müharibəsi veteranı və Şəhid atası...
Mingəçevir şəhər sakini, birinci Qarabağ müharibəsi veteranı və Şəhid atası olan Zaman Əmirov məktubunda cari il aprelin 29-da respublikanın daxili işlər naziri tərəfindən Göyçay rayonunda keçirilən vətəndaş qəbulunda iştiraka dəvət edildiyini, orada etdiyi müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya, həmçinin müraciətinə həssas yanaşılmasına görə özü, ailəsi və şəhid ailələri adından ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
18.06.2022 - Bakı şəhər sakini Pərviz Hüseynov
Bakı şəhər sakini Pərviz Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə etdiyi müraciəti ilə əlaqədar obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. P.Hüseynov müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə və 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.06.2022 - "Dogruxeber.az" xəbər portalının rəhbəri Kamal Əsgərov
"Dogruxeber.az" xəbər portalının rəhbəri Kamal Əsgərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, oğurluq faktı ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma barədə müraciəti ilə əlaqədar 10-cu Polis Bölməsinə dəvət olunduğunu, işin gedişatı barədə ona ətraflı məlumat verildiyini, onu maraqlandıran sualların ətraflı cavablandırıldığını qeyd edir.
K.Əsgərov müraciətinə diqqətlə yanaşıldığına, araşdırmanın gedişatı barədə ətraflı məlumat və izahların verilməsinə görə DİN rəhbərliyinə və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
17.06.2022 - Quba rayon sakini Bəylər Abbaslı
Quba rayon sakini Bəylər Abbaslı DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.06.2022 - Sosial şəbəkə istifadəçisi Şəhla Teymurova
Sosial şəbəkə istifadəçisi Şəhla Teymurova sosial şəbəkədə şantaj olunması ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Qaradağ RPİ 11-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
17.06.2022 - Sumqayıt şəhər sakini İsfəndiyar Rüstəmov
Sumqayıt şəhər sakini İsfəndiyar Rüstəmov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
17.06.2022 - Vətəndaş Ülvi Orucov
Vətəndaş Ülvi Orucov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
17.06.2022 - Vətəndaş Samir Rzayev
Vətəndaş Samir Rzayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
17.06.2022 - Sosial şəbəkə istifadəçisi Ceyhun Babayev
Sosial şəbəkə istifadəçisi Ceyhun Babayev qızının şəxsiyyət vəsiqəsini itirdiyini, yeni vəsiqə alması üçün müraciət etdiyini bildirir. Qısa zaman kəsiyində qızına yeni şəxsiyyət vəsiqəsinin verilməsi ilə əlaqədar göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.