Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.05.2022 - Bakı şəhər sakini Süleyman İsmayılbəyli
Bakı şəhər sakini Süleyman İsmayılbəyli “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, yaşadığı ərazidə sakinlərin narahatlığına səbəb olan məsələ ilə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
16.05.2022 - Bir qrup Salyan rayon sakini
Bir qrup Salyan rayon sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Salyan RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
16.05.2022 - Salyan rayon sakini, şəhid anası Rasda İsayeva
Salyan rayon sakini, şəhid anası Rasda İsayeva üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssas yanaşılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
16.05.2022 - İmişli rayon sakini Yasin Rəhimov
İmişli rayon sakini Yasin Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
16.05.2022 - Neftçala rayon sakini Camal Qurbanov
Neftçala rayon sakini Camal Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizədə atılan qətiyyətli addımlara, ictimai qaydanın və asayişin etibarlı şəkildə qorunmasına görə polis əməkdaşlarına minnətdarlığını ifadə edir.
16.05.2022 - Cəlilabad rayon sakini Elnur Məmmədov
Cəlilabad rayon sakini Elnur Məmmədov DİN-ə ünvanladığı məktubunda rayonun Sabirabad kəndi ərazisində yol nişanlama xətlərinin yenilənməsinə görə öz minnətdarlığını bildirir.
16.05.2022 - Göyçay rayon sakini Füzuli Behbudov
Göyçay rayon sakini Füzuli Behbudov təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına və ona dəymiş ziyanın ödənilməsinə görə DİN rəhbərliyinə və Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
16.05.2022 - Bakı şəhər sakini Gülnarə Məmmədova
Bakı şəhər sakini Gülnarə Məmmədova müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
16.05.2022 - Vətəndaş Sarvan Cəfərov
Vətəndaş Sarvan Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda tanımadığı şəxsin sosial şəbəkədə onun adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı müraciətinin Ağdaş RPŞ-də obyektiv araşdırılmasına görə minnətdarlıq edir.