Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay rayon sakini Mürşüd Mahmudov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə və Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini İkram Xəlilov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəmkir rayon sakini Zaur Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə BDYPİ-nin əməkdaşlarına təşəkkür edir.

Gəncə şəhər sakini Babahəsən Kərimov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.

Vətəndaş İlqar Abbasov müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Daşkəsən rayon sakini Hidayət Orucov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Qəmbər Verdiyev ictimai asayişin və ictimai qaydanın qorunmasında Gəncə Şəhər Baş Polis İdarəsinin xidməti fəaliyyətini təqdir edir.

Samux rayon sakini Şamo Abbasov göstərilən diqqət və qayğıya görə Naxçıvan DİN rəhbərliyinə  təşəkkürünü bildirir.

Şəhid anası Amana Nəsirova probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.