Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.01.2022 - Vətəndaş Rahib Xəlilov
Vətəndaş Rahib Xəlilov məktubunda respublikamızda ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
21.01.2022 - Masallı rayon sakini Nasir Nağıyev
Masallı rayon sakini Nasir Nağıyev müdafiəçisi olduğu vətəndaşla əlaqədar ünvanladığı müraciətə operativ baxılaraq qanuni tədbirlər görüldüyünə və qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə, eyni zamanda Qaradağ, Xəzər rayon polis idarələrinin və 3-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.01.2022 - Bakı şəhər sakini Xəyyam Qurbanlı
Bakı şəhər sakini Xəyyam Qurbanlı üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Binəqədi RPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.
21.01.2022 - Vətəndaş Aysu Quliyeva
Vətəndaş Aysu Quliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda respublikamızda ictimai asayişi etibarlı qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
19.01.2022 - Bakı şəhər sakini Cavid Zeynallı
Bakı şəhər sakini Cavid Zeynallı DİN-in “Facebook” səhifəsinə ünvanlandığı məktubunda ailə üzvünün təhdid olunması ilə bağlı müraciətinə operativ baxıldığını bildirir.
C.Zeynallı vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.01.2022 - Bakı şəhər sakini Cavanşir Hüseynov
Bakı şəhər sakini Cavanşir Hüseynov DİN-ə ünvanlandığı məktubunda əmlakının etibarlı mühafizəsinə və göstərilən yüksək xidmətə görə Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.01.2022 - Bakı şəhər sakini Günay Hümbətova
Bakı şəhər sakini Günay Hümbətova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində Suraxanı rayonunda asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək DİN rəhbərliyinə və Suraxanı RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.
19.01.2022 - Vətəndaş Sevda Hüseynova
Vətəndaş Sevda Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
S.Hüseynova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Sumqayıt ŞPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
19.01.2022 - Bakı şəhər sakini Zülfiyyə Mustafayeva
Bakı şəhər sakini Zülfiyyə Mustafayeva şəxsi “Facebook” səhifəsində post yazaraq müraciətinə operativ baxıldığını, Nəsimi RPİ 20-ci PB tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
Z.Mustafayeva müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.