Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Azər Fərəcov məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağstafa rayon sakini Eldəniz Tağıyev DİN-ə ünvanladığı məktubunda müraciəti müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Kəmalə Vəliyeva müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bir qrup Gəncə şəhər sakini daxili işlər naziri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının sədri Elçin Çobanzadə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, Azərbaycan Respublikasının Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclərin seçimi: Narkomaniyasız dünya” adlı layihəsinin yekunlaşdığını bildirir. 
E.Çobanzadə layihənin reallaşması üçün müraciətinə çevik reaksiya verilməsinə və müsbət qarşılanmasına görə DİN rəhbərliyinə, eləcə də tədbirlər zamanı, xüsusilə Azərbaycan Texniki Universitetinin idman sarayında baş tutan yarışda göstərilən müvafiq köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.

Vətəndaş Rizvan Şükürlü DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai təhlükəsizliyin və asayişin etibarlı şəkildə qorunmasına görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən məmnunluğunu ifadə edir.

Vətəndaş Samir Muradov DİN-in rəsmi “instagram” səhifəsinə yazdığı məktubunda müraciətinə çevik reaksiya verilməsinə və müraciətinin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Yardımlı rayon sakini Mirxas Adiyev xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, o cümlədən cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara görə Yardımlı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Eldar Hüseynov şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya, vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə öz təşəkkürünü bildirir.