Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şabran rayon sakini İlhamə Şahpələngova ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN-in rəhbərliyinə minnətdarlığını yazır.

Quba rayon sakini Pəri Əliyeva üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Günel Kərimova DİN-in instagram səhifəsinə ünvanladığı təşəkkür məktubunda hüquqlarının pozulması ilə əlaqədar etdiyi müraciətə operativ baxılmasına, şikayətinin tez bir zamanda həll olunmasına və səmimi qəbula görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Səbinə Nəsibli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və şikayətinin tez bir zamanda həll olunmasında göstərilən köməkliyə görə DİN Baş Mühafizə İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nurlan Məmmədov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aysel Əliyeva DİN-ə ünvanlandığı məktubunda təhdid olunması ilə bağlı müraciətinə Xəzər Rayon Polis İdarəsində operativ baxıldığını bildirir və buna görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Masallı rayon sakini Mirələm Həşimov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cahandar Abbasov göstərdikləri humanistliyə, diqqətə, qayğıya və köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

“Facebook” istifadəçisi Aynur Qurbanqızının şəxsi səhifəsində yazaraq DİN-ə ünvanladığı postu təqdim edirik:

“Paylaşdığım statusla bağlı Daxili İşlər Nazirliyindən zəng gəldi. Bildirdilər ki, xəstə uşağın adından istifadə edib pul yığan şəxslə bağlı araşdırma nəzarətdədir, karta blok qoyulub və həmin fırıldaqçı tezliklə layiqli cəzasını alacaq. Həmçinin, bildirildi ki, qadınların problemləri ilə bağlı kömək üçün birlikdə əməkdaşılığa hər zaman hazırdılar.

Buna həqiqətən çox sevindim. Ötən dəfə də bir xanımın döyülməsi ilə bağlı şəkillər paylaşmışdım. Sumqayıt Şəhər Polis İdarəsinin bu işə laqeyd yanaşmasını düşünürdüm. Amma, heç 5 dəqiqə keçməmiş onlardan da mənə zəng gəlmiş və şikayətə baxıldığı söylənilmişdi. Yəni, biz bəzən səbrimiz çatmayıb etinasız olduqlarını düşünsək də, əslində heç bir şey diqqətdən kənar qalmır. Sadəcə, araşdırma, izləmə və nəticə üçün həmişə zaman lazım olur. Bir də vətəndaş özü də məsuliyyətli olmalı, işinin nəticəsini sonuna qədər getməli və izləməlidir.”