Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.05.2022 - Tovuz rayon sakini Kənan Nəsirov
Tovuz rayon sakini Kənan Nəsirov təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Nəsimi RPİ əməkdaşlarına razılıq ifadə edir.
17.05.2022 - Vətəndaş Faiq Kazımov
Vətəndaş Faiq Kazımov müraciətinə obyektiv, hərtəfəfli və vaxtında baxılmasına, ictimai asayişin və təhlükəsizliyin qorunub saxlanılmasına görə DİN və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliklərinə minnətdarlığını bildirir.
17.05.2022 - Ağsu rayon sakini Şənlik Hüseynov
Ağsu rayon sakini Şənlik Hüseynov öz təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən diqqətə və yüksək mədəni davranışa görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
17.05.2022 - Saatlı rayon sakini Nəbi Nəbiyev
Saatlı rayon sakini Nəbi Nəbiyev etdiyi müraciətə dərhal reaksiya verilməsinə və həll olunmasına görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə təşəkkür bildirir.
17.05.2022 - Şəhid ailəsi
Şəhid ailəsi bildirir ki, uzun müddət hərbi hospitalda müalicə alan övladları dünyasını dəyişib. Şəhidin cənazəsi məsciddə yuyulduqdan sonra onlara təhvil verilməsi məqsədilə yaşadıqları Hövsan qəsəbəsinə gətirilib. Bu zaman Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları şəhidin gətirildiyi avtomobil karvanını müşayiət edib. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.05.2022 - Füzuli rayon sakini Akif Qayıbov
Füzuli rayon sakini Akif Qayıbov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
17.05.2022 - Gürcüstan Respublikasının vətəndaşı Paşa Əliyev
Gürcüstan Respublikasının vətəndaşı Paşa Əliyev avtomobilini texniki baxışdan keçirən zaman vətəndaşlara göstərilən operativliyə, diqqət və qayğıya, eləcə də həssas münasibətə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
17.05.2022 - Bakı şəhər sakini
Bakı şəhər sakini əqli qüsurlu bacısının itkin düşməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində sağ-salamat tapılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 4-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
16.05.2022 - Sosial şəbəkə istifadəçisi olan bir qadın
Sosial şəbəkə istifadəçisi olan bir qadın DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.