Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.05.2022 - Vətəndaş Səbuhi İsmayılov
Vətəndaş Səbuhi İsmayılov DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq velosipedinin oğurlanması ilə bağlı Binəqədi RPİ 5-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə bu cinayət əməlini törədən şəxsin saxlanıldığını, oğurlanmış velosipedinin tapılaraq özünə qaytarıldığını qeyd edir.
S.İsmayılov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
18.05.2022 - Ucar rayon sakini Rauf Əzizov
Ucar rayon sakini Rauf Əzizov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşıldığına və obyektiv araşdırılmalar aparıldığına görə DİN rəhbərliyinə və Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
18.05.2022 - Bakı şəhər sakini, professor Qüdrət İsaqov
Bakı şəhər sakini, professor Qüdrət İsaqov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.05.2022 - Abşeron rayon sakini Tahirə Əsədova
Abşeron rayon sakini Tahirə Əsədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar Daşkəsən Rayon Polis Şöbəsində aparılan obyektiv araşdırmalara görə minnətdarlığını bildirir.
17.05.2022 - Bakı şəhər sakini Zaur Əhmədov
Bakı şəhər sakini Zaur Əhmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə əlaqədar səhifə vasitəsilə etdiyi müraciətinə çevik reaksiya verildiyini, Nərimanov Rayon Polis İdarəsinə dəvət edilərək müvafiq araşdırmalara başlanıldığını qeyd edir. Z.Əhmədov müraciətinə operativ baxıldığına və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2022 - Cəlilabad rayon sakini Elnur Məmmədov
Cəlilabad rayon sakini Elnur Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Masallı rayonundakı “ASAN Xidmət” mərkəzinin inzibati binasında xidmət aparan Mühafizə Polisi əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2022 - Teleaparıcı İlkin Həsəni
Teleaparıcı İlkin Həsəni “Instagram” sosial şəbəkəsindəki hesabında daxili işlər orqanlarının əməkdaşlarına təşəkkür postu paylaşıb. O, iştirakçısı olduğu Şuşa şəhərində keçirilən musiqi festivalında təhlükəsizliyi təmin edən və xidməti vəzifələrini layiqincə yerinə yetirən daxili işlər orqanlarının əməkdaşlarına təşəkkürünü ifadə edir.
17.05.2022 - Vətəndaş Xanəmir Şahbazov
Vətəndaş Xanəmir Şahbazov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində bu əməli törədənin tapılmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2022 - Vətəndaşlar Babək Babayev və Sənan Qasimli
Vətəndaşlar Babək Babayev və Sənan Qasimli üzləşdikləri problem ilə əlaqədar etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.