Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.11.2021 - Bakı şəhər sakini Akif Hüseynov təşəkkür məktubunda müraciətinin müsbət yöndə...
Bakı şəhər sakini Akif Hüseynov təşəkkür məktubunda müraciətinin müsbət yöndə həll olunmasına görə, minnətdarlığını bildirir.
10.11.2021 - Göyçay rayon sakini Rüfət İmaniyev müraciətinə operativ reaksiya verildiyinə...
Göyçay rayon sakini Rüfət İmaniyev müraciətinə operativ reaksiya verildiyinə və müsbət həll olunduğuna görə, DİN rəhbərliyinə minnətdarlıq edir.
10.11.2021 - Şəki rayon sakini Yeganə Abdullayeva etdikləri müraciətin tez bir zamanda...
Şəki rayon sakini Yeganə Abdullayeva etdikləri müraciətin tez bir zamanda həll olunmasına və onlara dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
10.11.2021 - Mingəçevir şəhər sakini Pərviz Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Mingəçevir şəhər sakini Pərviz Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
10.11.2021 - Abşeron rayon sakini Həsən Abdullayev mobil telefonunun oğurlanması ilə...
Abşeron rayon sakini Həsən Abdullayev mobil telefonunun oğurlanması ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ 13-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
10.11.2021 - _amamedov adlı sosial şəbəkə istifadəçisi içərisində şəxsiyyət, sürücülük...
_amamedov adlı sosial şəbəkə istifadəçisi içərisində şəxsiyyət, sürücülük vəsiqələrinin, iki bank kartının olduğu pul kisəsini itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
10.11.2021 - Daşkəsən rayon sakini Elsevər Cəfərov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Daşkəsən rayon sakini Elsevər Cəfərov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlə əlaqədar Rayon Polis Şöbəsində aparılan araşdırmalarla bağlı razılığını bildirir, görülən işlərə görə DİN rəhbərliyinə və RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
06.11.2021 - Bakı şəhər sakini Göyçək Novruzova DİN-in sosial şəbəkələrdəki səhifəsi...
Bakı şəhər sakini Göyçək Novruzova DİN-in sosial şəbəkələrdəki səhifəsi vasitəsilə etdiyi müraciətinə operativ baxılaraq qısa müddətdə həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.11.2021 - Bakı şəhər sakini Elnur Mustafayev məktubunda övladının itkin düşməsi ilə...
Bakı şəhər sakini Elnur Mustafayev məktubunda övladının itkin düşməsi ilə bağlı Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət etdiyini yazır. O, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində uşağın qısa zamanda tapılaraq ailəsinə təhvil verildiyini qeyd edir, göstərilən operativliyə görə 3-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.