Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Söhrab Vəliyev DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətinə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aminə Haqverdiyeva DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığını, polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə bu cinayət əməlini törədən şəxslərin saxlanıldığını, oğurlanmış əşyalarının özünə qaytarıldığını qeyd edir. 
A.Haqverdiyeva müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağdam rayon sakini Zeynəb Məmmədova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

İkinci Qarabağ Müharibəsinin qazisi Zahir Fərmanzadə müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll edilməsinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Famil Vaqifoğlu etdiyi müraciətə dərhal reaksiya verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bərdə rayon sakini Səbinə Vəliyeva etdiyi müracitin müsbət hallini tapmasına görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnədarlığını bildirir. 

Vətəndaş Musa Muradlı avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir həmçinin  BDYPİ 6-cı taqımının əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.  

DİN-nin “polisazərbaycan” “İnstagram” səhifəsinə yazan şəxs müraciətinə  operativ baxılaraq tədbir görüldüyünə, eyni zamanda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Şöhlət Abbasov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.