Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.11.2021 - Quba rayon sakini Əhmədkişi Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Quba rayon sakini Əhmədkişi Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
16.11.2021 - Bakı şəhər sakini Arif Məmmədov DİN-in “İnstagram” sosial şəbəkəsindəki...
Bakı şəhər sakini Arif Məmmədov DİN-in “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluq faktı ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxıldığını, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edərək DİN rəhbərliyinə və 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.11.2021 - Gəncə şəhər sakini Şahin Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Gəncə şəhər sakini Şahin Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə verilən çevik reaksiyaya görə minnətdarlığını bildirir.
15.11.2021 - Beyləqan rayon sakini Məzahir Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Beyləqan rayon sakini Məzahir Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Beyləqan RPŞ-nin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
15.11.2021 - Yevlax rayon sakini Məmməd Salmanov müraciətinin operativ araşdırılmasına və...
Yevlax rayon sakini Məmməd Salmanov müraciətinin operativ araşdırılmasına və ona göstərilən köməyə görə Yevlax RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
15.11.2021 - Beyləqan rayon sakini Məzahir Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Beyləqan rayon sakini Məzahir Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yetirdiyinə görə Ağcabədi Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.11.2021 - Yevlax rayon sakini Elnur Vəliyev müraciətinin obyektiv araşdırılmasına görə...
Yevlax rayon sakini Elnur Vəliyev müraciətinin obyektiv araşdırılmasına görə Yevlax RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
15.11.2021 - Vətəndaş Sevinc Çelik Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis...
Vətəndaş Sevinc Çelik Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə və bununla bağlı müraciətlərə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
13.11.2021 - Naftalan şəhər sakini Anar Ziyadov məktubunda üzləşdiyi dələduzluq faktı ilə...
Naftalan şəhər sakini Anar Ziyadov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, polis idarəsinə dəvət olunaraq aparılan obyektiv araşdırma nəticəsində müsbət həll edildiyini və qısa müddətdə ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılaraq dərhal reaksiya verilməsinə və operativliyə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.