Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Şöhrət Kərimov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rəşid Məmmədov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin müsbət həll olunduğu üçün Suraxanı DYP əməkdaşlarına öz minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini olan şəhid atası Ədalət Məmmədov teleqramında ailələrinə göstərilən diqqət və qayğıya, eyni zamanda müraciətlərinə həssas yanaşılmasına görə DİN minnətdarlığını bildirir.

Bakı şəhər sakini Hüseynxan Hüseynov etdiyi müraciətə operativ reaksiya verildiyi və karantin rejimi ilə əlaqədar insanları məlumatlandırdıqlarına və xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Təranə Quliyeva etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ və həssas yanaşıldığı və dəymiş ziyanın tam ödənilməsini təmin etdirildiyinə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarığını bildirir.

Bakı şəhər sakini Qəlbinur Hüseynov etdiyi müraciətə operativ reaksiya verildiyinə və məsələnin müsbət həll olunduğuna görə DİO əməkdaşlarına dərin minnətdarlığını bildirir.

Vətəndaş Abuzər Cəfərli “Facebook” sosial şəbəkəsindəki “Abuzer Ceferli” adlı şəxsi səhifəsində yol polisinin səlahiyyətinə aid məsələ ilə bağlı paylaşdığı müraciətinə dərhal reaksiya verildiyini, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində səmimi qəbul edilərək dinlənildiyini, narazı qaldığı məqamlara aydınlıq gətirildiyini qeyd edir.

A.Cəfərli vətəndaş müraciətlərinə çevik reaksiya verilməsinə görə DİN rəhbərliyinə, eyni zamanda xidməti vəzifələrini layiqincə yerinə yetirən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Abuzər Cəfərlinin statusundan: “Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov, çoxsağolun ki, sizə müraciətimdən sonra Bakı şəhər DYPİ-nin rəisi Rəşid Piriyev məni qəbul etdi və narazı qaldığım məqamlara aydınlıq gətirildi. Doğrudan da deyildiyi kimi mərd, vətəninə, dövlətinə sadiq, müharibə iştirakçısı, şəhid ailəsi olan Rəşid Piriyevi tanımaq şansı qazandım. Bunun üçün də şəxsən sizə təşəkkür edirəm! DİN-in, Bakı şəhər DYPİ-nin birgə həyata keçirdikləri bir dəqiqəlik "sükut" anım mərasiminin möhtəşəmliyini sözlə ifadə etməyə çətinlik çəkirəm. Tıxaclarla bağlı sizə etdiyim müraciət əsnasında yol polisinin keçirdiyi əməli tədbirlər nəticəsində “20 Yanvar” dairəsi, "Şamaxinka" deyilən ərazi və tıxaca meyilli olan şəhəriçi şosselərdə vəziyyət dəyişib. Çünki DİN rəhbərliyi hər bir vətəndaşın haqlı müraciətinə laqeyd qalmır. Sağ olun!”

Hacıqabul şəhər sakini X.Cavadova məktubunda döyülmə faktı ilə bağlı müraciətinə Rayon Polis Şöbəsində operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü bildirir. O, müraciətinin müsbət həll edildiyinə görə Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Tovuz rayonunun Əyyublu kənd sakini, 1-ci Qarabağ Müharibəsi veteranı Azər Sadıqov üzləşdiyi problemlə bağlı etdiyi müraciətə baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.