Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.05.2024 - Vətəndaş Fatimə Abbasova
Vətəndaş Fatimə Abbasova vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə çevik reaksiya verilməsinə, dəvət olunaraq yüksək hörmətlə qarşılanmasına, xoş rəftar və nəzakətli davranışa, göstərilən diqqət və qayğıya, eyni zamanda obyektiv araşdırmalara görə minnətdarlığını bildirir.
16.05.2024 - Vətəndaş Günel Əliyeva
Vətəndaş Günel Əliyeva Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
16.05.2024 - Vətəndaş Gülnar Hüseynova
Vətəndaş Gülnar Hüseynova Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ şəkildə reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
16.05.2024 - Göygöl rayon sakini Araz Abbasov
Göygöl rayon sakini Araz Abbasov məktubunda şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
16.05.2024 - Abşeron rayon sakini İsax Qasımov
Abşeron rayon sakini İsax Qasımov məktubunda maddi vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
16.05.2024 - Bakı şəhər sakini Qalib Məmmədbəyli
Bakı şəhər sakini Qalib Məmmədbəyli məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.05.2024 - Bakı şəhər sakini Məmmədzadə Vüsal
Bakı şəhər sakini Məmmədzadə Vüsal ünvanladığı müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.05.2024 - Bakı şəhər sakini Əhməd Məmmədov
Bakı şəhər sakini Əhməd Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinə dəvət olunduğunu, işin gedişatı barədə ona ətraflı məlumat verildiyini, onu maraqlandıran sualların ətraflı cavablandırıldığını qeyd edir.
Ə.Məmmədov müraciətinə diqqətlə yanaşıldığına, araşdırmanın gedişatı barədə ətraflı məlumat və izahların verilməsinə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
16.05.2024 - Vətəndaş Zərnigar Həsənova
Vətəndaş Zərnigar Həsənova müraciətinə operativ baxıldığını, Səbail Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.