Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Mirşahin Miriyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb: “08.05.2024-cü il tarixində Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdım. Hadisə yerinə gələn polis əməkdaşı dərhal mənə öz köməkliyini göstərdi və qanunvericiliyə uyğun olaraq araşdırmalara başladı. Bu səbəbdən DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Abşeron rayon sakini Elçin Ağayev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Çingiz Usubov Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları tərəfindən ona lazımi köməkliyin göstərildiyini qeyd edərək Azərbaycan polisinin humanist rəftarına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Məzahir Əliyev ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ayşən Məmmədova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş İsgəndər Qasımov Polis Akademiyasında kursantlar üçün yaradılan şəraitə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Biləsuvar rayon sakini Yusif Alışov ünvanladığı təşəkkür məktubunda probleminin qısa müddətdə həllini tapmasına görə Azərbaycan Polisinə təşəkkür edir. 

Sosial şəbəkə istifadəçisi İsmayıl Dursunov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nicat Səfərov yaşadığı ərazidə avtomobil sürücülərinin avtoxuliqanlıq etməsi ilə bağlı müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.