Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.05.2024 - Ağstafa rayon sakini İsmayıl Məhərrəmov
Ağstafa rayon sakini İsmayıl Məhərrəmov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir və Ağstafa RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.
16.05.2024 - Sosial şəbəkə istifadəçisi Röyal Əsədov
Sosial şəbəkə istifadəçisi Röyal Əsədov müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkür edir.
16.05.2024 - Sosial şəbəkə istifadəçisi Elşən Soltanzadə
Sosial şəbəkə istifadəçisi Elşən Soltanzadə ünvanladığı təşəkkür məktubunda ona göstərdikləri köməkliyə görə Səbail RPİ PPXB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
16.05.2024 - Sosial şəbəkə istifadəçisi Davud Əliyev
Sosial şəbəkə istifadəçisi Davud Əliyev xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
16.05.2024 - Bərdə rayon sakini Rəşad Hüseynov
Bərdə rayon sakini Rəşad Hüseynov məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaqla xidməti vəzifələrini layiqincə yerinə yetirən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.05.2024 - Vətən müharibəsi iştirakçısı olan Elsevər Məmmədov
Vətən müharibəsi iştirakçısı olan Elsevər Məmmədov məktubunda rayon ərazisində polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
15.05.2024 - Vətən müharibəsi iştirakçısı Natiq Heydərov
Vətən müharibəsi iştirakçısı Natiq Heydərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
15.05.2024 - “Şirvan Tvinfo” səhifəsi
“Şirvan Tvinfo” səhifəsi “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
15.05.2024 - Salyan rayon sakini Elçin Məmmədov
Salyan rayon sakini Elçin Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.