Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Sübhan Şərifovun Daxili İşlər Nazirliyinə ünvanladğı təşəkkür məktubunu diqqətinizə çatdırırıq: “Sizə yazmaqda məqsədim odur ki yol polisləri vaxtında xəstəxanaya çatmaqda bizə yardımçı oldular. Daha dəqiq desəm anam ağır xəstə və əlildir. Halı pisləşdi və təcili xəstəxanaya çatdırmalı oldum. Şəxsi avtomobilimdən istifadə edərək yola çıxmalı oldum. Səhər saatları olduğundan 20 Yanvar metrostansiyasının ərazisində nəqliyyatın sıxlığı müşahidə olunurdu. Yol polislərinə yaxınlaşdım, sağ olsunlar mənə kömək etdilər. Təhlükəsiz şəraitdə və tez bir zamanda xəstəxanaya çata bildim. Vaxt tapıb təşəkkür edə bilmədim. Həmin əməkdaşlara dərin təşəkkürümü bildirirəm.”

Bakı şəhər sakini Mahmud Əmiraslanov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Zərdab rayon sakini Laçın Əsədov humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Yevlax rayon sakini Naidə Səmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

“Instagram” sosial şəbəkəsindəki “Patrul.az” adlı səhifədə bir müddət öncə video paylaşılaraq Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbin qarşısında çəkilmiş piyada zolağının yenilənməsi ilə bağlı müraciət edilmişdi. Səhifə admini yenidən video paylaşaraq qeyd edib: “Etdiyimiz müraciət Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və müvafiq tədbir görülüb. Biz də öz adımızdan, həmin yoldan istifadə edən şagirdlər, valideynlər, məktəbin kollektivi və sakinlər adından DİN rəhbərliyinə və Xəzər RPİ DYPŞ-nin əməkdaşlarına təşəkkür edirik.”

DİN-in “Instagram” səhifəsinin izləyicisi Ülvi Fərzəliyev vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elçin Verdiyev sosial məişət probleminin həllində ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Riad Hüseynəliyev Sabunçu rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

DİN-in “Facebook” səhifəsinin izləyicisi Tacəddin Babazadə səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığını, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.