Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.06.2022 - Bakı şəhər sakini
Bakı şəhər sakini içərisində sənədlər və bank kartları olan əl çantasını itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında, eləcə də ona qaytarılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü yazır.
13.06.2022 - Abşeron rayon sakini Vəfa Əsgərova
Abşeron rayon sakini Vəfa Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.06.2022 - Vətəndaş Xəzəngül Musayeva
Vətəndaş Xəzəngül Musayeva məktubunda daxili işlər orqanlarında xidmət edən nəvəsinə böyük etimad göstərilərək vəzifədə irəli çəkildiyini və zabit rütbəsi verildiyini yazır. O, daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək özü və ailə üzvləri adından DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.06.2022 - Şəki şəhər sakini Vasif Şirinov
Şəki şəhər sakini Vasif Şirinov məktubunda Şəki ŞRPŞ-nin, xüsusən Qeydiyyat məsələləri qrupunun əməkdaşlarının vətəndaşlara, şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən onun ailəsinə yüksək diqqət və qayğı göstərdiklərini, onlara maddi və mənəvi dəstək verdiklərini qeyd edərək onlara təşəkkürünü bildirir, xidməti fəaliyyətlərində uğurlar arzulayır.
11.06.2022 - Bakı şəhər sakini Ramal Salmanzadə
Bakı şəhər sakini Ramal Salmanzadə məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.06.2022 - Bakı şəhər sakini Qədir Babayev
Bakı şəhər sakini Qədir Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. Q.Babayev müraciətinə diqqətli yanaşıldığına və obyektiv araşdırmalalara görə DİN rəhbərliyinə və 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.06.2022 - Bakı şəhər sakini Taleh Bağıyev
Bakı şəhər sakini Taleh Bağıyev məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
10.06.2022 - Mingəçevir şəhər sakini Oktay Quliyev
Mingəçevir şəhər sakini Oktay Quliyev məktubunda mobil telefonunu itirməsi barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qısa müddətdə mobil telefonunun tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinə diqqətlə yanaşıldığına və operatvliyə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
09.06.2022 - Vətən müharibəsi iştirakçısı Davud Qurbanzadə
Vətən müharibəsi iştirakçısı Davud Qurbanzadə itmiş telefonunun tapılmasında göstərilən köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.