Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.06.2022 - Cəlilabad rayon sakini Ədalət Abasov
Cəlilabad rayon sakini Ədalət Abasov DİN rəhbəliyinə ünvanladığı təşəkkür məktubunda qohumuna məxsus mağazadan oğurluq edən şəxslərin polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə minnətdarlığını ifadə edir.
17.06.2022 - Cəlilabad rayon sakini Vüqar Quliyev
Cəlilabad rayon sakini Vüqar Quliyev öz təşəkkür məktubunda vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına və nəzakətli davranışa görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
16.06.2022 - Sabirabad rayon sakini Həmid İskəndərov
Sabirabad rayon sakini Həmid İskəndərov məktubunda müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Sabirabad RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
16.06.2022 - Şirvan şəhər sakini Əlifağa Səfərov
Şirvan şəhər sakini Əlifağa Səfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
16.06.2022 - Sabirabad rayon sakini Ataməli Rzayev
Sabirabad rayon sakini Ataməli Rzayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN rəhbərliyinə minnətdarlığını bildirir.
16.06.2022 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlıq edir.
16.06.2022 - Şirvan şəhər sakini Fərid Məcidov
Şirvan şəhər sakini Fərid Məcidov DİN-ə ünvanladığı təşəkkür məktubunda DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
16.06.2022 - Sabirabad rayon sakini Həsrət Rüstəmov
Sabirabad rayon sakini Həsrət Rüstəmov DİN-ə ünvanladığı məktubunda Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 12-ci taqımının əməkdaşlarına xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirir.
16.06.2022 - Hacıqabul rayon sakini Salman Məmmədov
Hacıqabul rayon sakini Salman Məmmədov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətin obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.