Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.05.2024 - Quba rayon sakini Samir İslamov
Quba rayon sakini Samir İslamov özünə məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına və müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.05.2024 - Xaçmaz rayon sakini Mətanət Əliyeva
Xaçmaz rayon sakini Mətanət Əliyeva evinə zərər verilməsi ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və qısa zaman ərzində bunu edənin tapılmasına görə Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.05.2024 - Bakı şəhər sakini İnqilab Nəzərov
Bakı şəhər sakini İnqilab Nəzərov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.05.2024 - Bakı şəhər sakini Emil Əliyev
Bakı şəhər sakini Emil Əliyev avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Bakı şəhər DYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.05.2024 - Bakı şəhər sakini Kamilə Şəfiyeva
Bakı şəhər sakini Kamilə Şəfiyeva dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
14.05.2024 - Bakı şəhər sakini Turanə Axverdova
Bakı şəhər sakini Turanə Axverdova müraciətinə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə özü və ailəsi adından DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.05.2024 - Sumqayıt şəhər sakini Kəmalə Vəliyeva
Sumqayıt şəhər sakini Kəmalə Vəliyeva pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Sumqayıt Şəhər Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
14.05.2024 - Bakı şəhər sakini Çimnaz Cəbrayılova
Bakı şəhər sakini Çimnaz Cəbrayılova müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
14.05.2024 - Vətəndaş Səbuhi Əbilov
Vətəndaş Səbuhi Əbilov övladının imtahanı zamanı polis əməkdaşları tərəfindən ictimai təhlükəsizliyi yüksək səviyyədə qorunduğunu və hər bir şagirdə həssaslıqla yanaşıldığını qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.