Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tovuz rayon sakini Nüsrət Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Vətəndaş Jalə Əhmədova Gəncə şəhərində ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Daşkəsən rayon sakini Ülfət Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Daşkəsən RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

“aynur_aynu” adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi dələduzluqla əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq hüquqi izahın verilməsində göstərdikləri köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Gədəbəy rayon sakini Sahilə Nəbiyeva üzləşdiyi oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətinin müsbət həll olunması görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Samir Nəsirov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini İlham Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yol hərəkətinin təşkili ilə bağlı səhifə vasitəsilə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qeyd etdiyi ünvanda müvafiq tədbirlərin həyata keçirildiyini yazır. 
İ.Hüseynov müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına, yol hərəkətinin yüksək səviyyədə təşkilinə, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin etibarlı təmin olunmasına, yol polisi əməkdaşlarının apardıqları profiklaktik və maarifləndirici tədbirlərə görə DİN rəhbərliyinə və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Rauf Tağıyev məktubunda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə əlaqədar qeydiyyatla bağlı müraciətinə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində baxılaraq müvafiq araşdırma aparıldığını, aidiyyəti üzrə yönləndirildiyini və qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir. O, müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

“Evimdə baş vermiş oğurluq hadisəsilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət  etmişdim. Müraciətimdən sonra dərhal istintaq işləri başlanıldı və tez bir zamanda oğrular tapılaraq məsuliyyətə cəlb olundular. Müraciətimə dərhal reaksiya  verilməsinə, operativ baxılaraq məsələnin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə Bakı şəhər BPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürümü bildirirəm”. Bu məktubu ünvanımıza sosial şəbəkə izləyicisi  Şahin Haqverdiyev yazıb.