Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aytən Məmmədova pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Bakı Şəhər Baş Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Muraz Əhmədov yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə, etdiyi müraciətin qısa zaman ərzində operativ şəkildə həll edildiyinə görə DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayır.

Vətəndaş Mahir Şamilli yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə görə DİN Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayır.

Vətəndaş Samir Hüseynov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Həsənov Əbülfət məktubunda müraciəti ilə bağlı müvafiq polis idarəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir.Və ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir.  

Vətəndaş Fariz Nəsrullayev vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Tahir Məmmədov məktubunda polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində rayonda asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Arzu Əsgərova nənəsinin üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sveta Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Nazirliyə etdiyi elektron müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, Nərimanov Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxıldığını qeyd edir.