Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rəhimə Əsgərova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına və qısa müddət ərzində həll olunduğuna görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elyar İslamoğlu “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı posta abituriyentlərin imtahan verdiyi binaların təhlükəsizliyini yüksək səviyyədə qoruyan, həmçinin abituriyentlərin rahat şəkildə imtahan verə bilməsi üçün ictimai asayişin qorunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xalid Abuzərli məktubunda maddi vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və dəymiş maddi ziyanın ona ödətdirildiyini qeyd edir. O, operativliyə, obyektiv araşdırmalara və maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Leyla Şabanova çətin vəziyyətində olan köməklik göstərən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Günel Musayeva itkin düşən azyaşlı oğlunun qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Sara Səfərova üzləşdiyi problemlə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, müsbət həll edilməsinə görə Abşeron RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fərhad Əhmədov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və BDYPİ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini  Sahilə Məmmədova dələduzluq yolu ilə pulunun ələ keçirilməsinə görə etdiyi müraciətinə həssaslıqla yanaşılmasına, eləcə də ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Nərimanov  RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Türkan Haqverdiyeva etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirliməsinə görə Nərimanov RPİ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.