Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.05.2024 - Sumqayıt yəhudiləri dini icmasının ravvini Leixter Menaxem Mendel
Sumqayıt yəhudiləri dini icmasının ravvini Leixter Menaxem Mendel Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Sumqayıt Şəhər Polis İdarəsinin peşəkar fəaliyyətinin nəticəsi olaraq şəhərimizdə təhlükəsiz mühit formalaşmışdır. Belə bir mühit şəhər sakinlərinin rahat həyat tərzinə, ümumilikdə ictimai münasibətlərin tənzimlənməsi və mədəni təsisatların inkişafına öz mühüm töhfəsini verməkdədir. Şəhərin yəhudi sakinləri olaraq biz də gündəlik həyatımızda, milli-dini əlamətdar günlərdə, xüsusilə Pesax bayramında təhlükəsizliyimizin qorunması məqsədilə həyata keçirilən tədbirləri yüksək qiymətləndiririk. Azərbaycan polisinə işlərində müvəffəqiyyətlər və yeni nailiyyətlər arzulayırıq”.
18.05.2024 - Vətəndaş Ceyhunə Həsənova
Vətəndaş Ceyhunə Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2024 - Şamaxı rayon sakini Cəlil Rəhimov
Şamaxı rayon sakini Cəlil Rəhimov müraciətinə obyektiv baxıldığına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.05.2024 - Ağsu rayon sakini Mehriban Həsənova
Ağsu rayon sakini Mehriban Həsənova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.05.2024 - Şamaxı rayon sakini İldırım Elyazov
Şamaxı rayon sakini İldırım Elyazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, Şamaxı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2024 - Qax şəhər sakini Həmid Hümmətov
Qax şəhər sakini Həmid Hümmətov ona məxsus obyektdən oğurluq edən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2024 - Mingəçevir şəhər sakini Rüstəm Məmmədov
Mingəçevir şəhər sakini Rüstəm Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2024 - Oğuz rayon sakini Seymur Umarov
Oğuz rayon sakini Seymur Umarov müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.05.2024 - Vətəndaş Sevil Bədəlova
Vətəndaş Sevil Bədəlova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.