Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Əli Etibarzadə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkür edir. 

Ağdam rayon sakini Hikmət İbayev ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidməti fəaliyyətindən razılığını bildirir, onlara çətin və məsuliyyətli işlərində uğurlar arzulayır.

Laçın rayon sakini Rizvan Rzayev etdiyi müraciətə obyektiv şəkildə baxılaraq göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir. 

Sosial şəbəkə istifadəçisi Elçin Dadaşov müraciətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir. 

Naxçıvan şəhər sakini Təranə Nuriyeva probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Gəncə şəhər sakini Cavad Quliyev ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən razılığını ifadə edir, həmkarlarımıza çətin və məsuliyyətli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Hüseyn Hüseynov xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir. 

Bərdə rayon sakini Kamil Əsədov xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Yevlax rayon sakini Lalə Musayeva müraciəti müsbət həll olunduğuna görə Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.