Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Günay Zülfüqarova DİN-ə ünvanlandığı məktubunda müraciətinə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində operativ baxıldığını bildirir.
Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şirvan şəhər sakini Şəbnəm Təhməzova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Neftçala rayon sakini Arzu Xənməmmədova etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Hacıqabul rayon sakini Orxan İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda başda DİN rəhbərliyi olmaqla, bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Neftçala rayon sakini Malik Rəcəbov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Zəfər Əhmədov itkin düşmüş qohumunun Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qısa zaman ərzində tapılaraq ailəsinə təhvil verilməsinə görə öz təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini İbrahim Məmmədov öz təşəkkür məktubunda torpaq mübahisəsi ilə bağlı üzləşdiyi çətinlik barədə etdiyi müraciətinə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını ifadə edir. 

Astara rayon sakini Namiq Əliyev öz təşəkkür məktubunda xidməti fəaliyyətlərinin öhdəsindən layiqincə gəldiklərinə görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Şahin Əlizadə müraciətinin Suraxanı RPİ-nin 33-cü polis bölməsində obyektiv və hərtərəfli şəkildə araşdırılmasına, məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.